Abdullahiyan: "Apreldə İran və Rusiya arasında strateji tərəfdaşlıq haqqında saziş imzalana bilər"

Abdullahiyan: "Apreldə İran və Rusiya arasında strateji tərəfdaşlıq haqqında saziş imzalana bilər"<span class="qirmizi"></span>

Aprel ayında İran və Rusiya arasında strateji tərəfdaşlıq haqqında saziş imzalana bilər.

“Report” xəbər verir ki, bunu Moskvada səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan rusiyalı həmkarı Sergey Lavrovla görüşündə deyib.

O bildirib ki, iki ölkə arasında münasibəltər düzgün yolda inkişaf edir:

“Müxtəlif səviyyələrdə yüksək səviyyəli nümayəndə heyətləri görüşür, fərqli məsələləri müzakirə edirlər. Hər iki ölkənin liderləri daim birbaşa təmasdadırlar”.

Nazirin sözlərinə görə, strateji tərəfdaşlıq haqqında saziş gələn ay imzalana bilər:

“Biz artıq sonuncu mərhələdəyik”.

Mənbə: report.az