Ceyhun Bayramov: “İsrail şirkətlərinin “ağıllı şəhər” konsepsiyasının icrasında əməkdaşlığa göstərdiyi marağı yüksək qiymətləndiririk”

Ceyhun Bayramov: “İsrail şirkətlərinin “ağıllı şəhər” konsepsiyasının icrasında əməkdaşlığa göstərdiyi marağı yüksək qiymətləndiririk”<span class="qirmizi"></span>

“Azərbaycan İsrail şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” konsepsiyasının həyata keçirilməsi sahəsində əməkdaşlığa göstərdiyi marağı yüksək qiymətləndirir”.

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün israilli həmkarı Eli Kohen ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

"Münaqişə başa çatdıqdan sonra Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlayıb. 9 şəhər və yüzlərlə kənd bərpa olunacaq və yenidən qurulacaq. Bu layihələr “ağıllı şəhər” konsepsiyasına əsaslanır. Biz İsrail tərəfinin bu sahədə əməkdaşlığa göstərdiyi marağı yüksək qiymətləndiririk”, - Bayramov bildirib.

Xarici işlər naziri həmçinin 2020-ci il Vətən Müharibəsindən əvvəl və onun dövründə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyinə görə İsrailə təşəkkür edib.

Mənbə: report.az