Rusiya KTMT missiyasını Azərbaycanla sərhəddə yerləşdirməyə hazır olduğunu açıqladı

Rusiya KTMT missiyasını Azərbaycanla sərhəddə yerləşdirməyə hazır olduğunu açıqladı<span class="qirmizi"></span>

"Ermənistan-Azərbaycan sərhədində KTMT missiyasını yerləşdirməyə hazır olduğumuzu bir daha təsdiqləyirik".

"Unikal" xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

O, KTMT-nin Ermənistandan çıxması və ya Ermənistanın bu ittifaqı tərk etməsi məsələlərinə son qoymağa çağırıb.

"Biz KTMT-də mövcud qarşılıqlı fəaliyyət formatları çərçivəsində Daimi Şuranın iclaslarından tutmuş, təşkilatın ali orqanı olan Kollektiv Təhlükəsizlik Şurasına qədər erməni tərəfinin bütün narahatlığını açıq şəkildə müzakirə edirik. Öz tərəfimizdən Ermənistanın təhlükəsizliyinin təmin edilməsi maraqları, habelə KTMT-nin Kollektiv Təhlükəsizlik Layihəsində nəzərdə tutulan dəstək proqramları çərçivəsində Ermənistan-Azərbaycan sərhədində KTMT missiyasını yerləşdirməyə hazır olduğumuzu bir daha təsdiqləyirik. Biz bu işə Ermənistanın özü qədər hazırıq”, - deyə Qaluzin qeyd edib.

Ağarza Elçinoğlu

Mənbə: www.unikal.org