Paşinyandan gözlənilməz həmlə: İrandan üz döndərir

Paşinyandan gözlənilməz həmlə: <span class="qirmizi">İrandan üz döndərir</span>

“Baş nazir Nikol Paşinyan Rusiya və İranı Ermənistandan çıxarmağa çalışır”.

Bunu Ermənistan parlamentinin keçmiş deputatı Arman Abovyan deyib.

Siyasətçi ölkəsinin Beynəlxalq Cinayətlər Məhkəməsinə qoşulmasının mümkün nəticələrinə diqqət çəkib:

“Kremldə Vladimir Putinin həbsinə order verilməsi qərarından dərhal sonra Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanıması sərt demarş kimi qəbul edilib. Hər şey daha da pisə doğru gedir. Ermənistan ətrafındakı gərgin regional prosesləri nəzərə alsaq, o zaman bunu təkcə Ermənistan hakimiyyətinin addımı kimi izah edilməməlidir. Çox güman ki, onlardan ruslarla münasibətləri korlamaq tələb edilib ki, bu da Ermənistanda Atlantik təsiri artırmaq, Rusiya və İranı regional siyasi arxitekturadan sıxışdırmaq vektoruna uyğun gəlir.

Əgər sabah bu və ya digər səbəbdən hökumət o qərarı ratifikasiya etməmək üçün əsas tapsa belə, münasibətlərdəki ciddi gərginlik qalacaq”.

Mənbə: teleqraf.com