Yeni idarəetmə modeli - VİDEO

Yeni idarəetmə modeli - VİDEO<span class="qirmizi"></span>

2021-ci yanvarın 19-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası prezidentinin xüsusi nümayəndələri haqqında fərman imzaladı. Fərmana əsasən, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası prezidentinin xüsusi nümayəndəlikləri təsis edildi. Prezidentin xüsusi nümayəndəliklərinə prezident tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa prezidentə tabe olan xüsusi nümayəndələr rəhbərlik edir. Fərmana əsasən müəyyən edilib ki, xüsusi nümayəndə prezidentin müəyyən etdiyi ərazi hüdudlarında prezidenti təmsil edən vəzifəli şəxsdir və prezidentin müəyyən etdiyi ərazi hüdudlarında onun müəyyən etdiyi səlahiyyətləri həyata keçirir. Təbii yeni üsul zamanla özünü müsbət mənada sübut etməyi bacardı. Kəlbəcər istisna olmaqla artıq işğaldan azad olunan bütün ərazilərimzdə Azərbaycan Respublikasının xüsusi nümayəndəsi fəaliyyət göstərir. Həmçinin bu ərazilərdə, eyni zamanda, yeni idarəetmə üsulu da tətbiq edilməlidir və edilir.

Bəs idarə etməni bu günə kimi mövcud olan icra hakimiyətləri strukturundan və icra başcısından fərqləndirən nədir?

Gələcəkdə bu yeni institut, yeni idarəetmə modeli kimi Azərbaycanın bütün digər hissələrində də tətbiq ediləcək. Yəni, bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur.

 

 

Mənbə: www.realtv.az