“Terrorun kölgəsinin düşdüyü yerdə olmayacağam...” – İYİ Partiyadan istefa verən millət vəkili

“Terrorun kölgəsinin düşdüyü yerdə olmayacağam...” – İYİ Partiyadan istefa verən millət vəkili<span class="qirmizi"></span>

Terror təşkilatı PKK-nın siyasi qanadı hesab olunan Xalqların Demokratik Partiyasının (HDP) Kılıçdaroğluna dəstəyindən sonra İstanbuldan olan millət vəkili Yavuz Ağıralioğlu İYİ Partiyadan istefa etdiyini açıqlayıb.

“AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, ötən gün istefa etdiyini bildirən Ağıralioğlu bu gün TBMM-də çıxış edərkən bir sıra maraqlı açıqlamalar verib.

“İYİ Partiyada özünü dəyərsiz hiss etdiyini deyən Ağıralioğlu 4 dəfə vəzifə dəyişikliyinə məruz qaldığını bildirib: “Bunun bəzilərini mətbuatdan öyrəndim. Belə olanda insanlar özlərini dəyərsiz hiss edirlər. Hörmətli başçımız Meral Akşenerin də mənim kimi mətbuatdan öyrənməsini istəmədiyim üçün onunla 10 dəqiqəlik görüş keçirmək istədim. İYİ Partiya təhqir və böhtana məruz qalan insanların partiyasıdır”.

Ağıralioğlu terrorun kölgəsinin düşdüyü yerdə olmayacağını vurğulayıb: “Mən “dünən dünən idi, bu gün bu gündür” siyasi ənənəsindən gələn biri, körpüdən keçmək üçün üzr istəyəcək, “çox sağol” deyəcək bir adam deyiləm. Mən qaydasız, əxlaqsız və prinsipsiz qalibiyyətdənsə, mərdliklə uduzmağın tərəfdarıyam”.

“Mən millətimə, millətimin mənafeyinə arxa çevirməyəcəm. Mən bir haqsızlığı müdafiə edəndə xalqıma görünməyəcəm. Siyasətin bu yerə gəlib çatmasına səbəb daha əvvəl söylədiklərimizdir. Xalqımın məni tanıdığı kimi qalmaq mənim borcumdur. Dövlətimizin gücü, namus sözümüz üzərində çalışacağıq. Bu ölkəni PKK-çıların, FETÖ-çülərin, Suriyanın şimalındakı sxemlərin əlinə buraxmayacağıq. Türk Milləti düşmənini yeni görmür...”, - deyə o, əlavə edib.

 

Mənbə: azpolitika.info