Baxmut tərəflər üçün niyə belə önəm kəsb edir?

Baxmut tərəflər üçün niyə belə önəm kəsb edir?<span class="qirmizi"></span>

Rusiya ordusunun Ukraynadakı hücumu davam edir, lakin işğalçılar öz imkanlarını tükəndirirlər. Səbəblərdən biri odur ki, Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri Baxmutu hələ də nəzarətdə saxlayırlar.

SİA-nın əldə etdiyi məlumata görə, Polşanın “Vyborcza” qəzetinə danışan Ukraynanın müdafiə naziri Aleksey Reznikov, rusların itkilərinin böyük olduğunu bildirib.

Müdafiə nazirinin fikrincə, rusların Baxmut istiqamətindəki döyüşlərdə gündə orta hesabla 500 nəfərə qədər itki və yaralısı olur.

...Bu isə o deməkdir ki, onlar orada öz hücum imkanlarını tez tükəndirirlər. Bizim əsas qərarımız budur. komanda: öz itkilərinə baxmayaraq, Baxmutu saxlasın. Çünki onun müdafiəsi rusların imkanlarını məhdudlaşdırır və bizə bütün cəbhə xəttində sabitlik verir.

Reznikovun sözlərinə görə, şəhər və onun yanında yerləşən təpələr müdafiə üçün əlverişli ərazidir, ona görə də qala şəhərini tərk etmək Ukrayna hərbçilərinin rahat relyef olmayan başqa yerdə müdafiə olunmalı olması demək olardı.

...Ruslar, o cümlədən “vaqneritlər” Donetsk və Luqansk vilayətlərində cəbhənin dar sektorunda cəmləşərək, şəxsi heyətdən “top yemi kimi” istifadə edirlər.

Bunu da Reznikov deyib.

 

 

 

 

Mənbə: sia.az