BƏƏ lideri oğluna və qardaşlarına yüksək vəzifə verdi

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan böyük oğlu Şeyx Xalidə yüksək vəzifə verib.

Bu barədə "Reuters" agentliyi yerli mediaya istinadən məlumat yayıb.

Prezidentin sərəncamı ilə Şeyx Xalid Körfəz dövlətinin paytaxtı Əbu-Dabinin vəliəhd şahzadəsi təyin edilib. Əl Nəhyan qardaşı Şeyx Mənsur bin Zayed Əl Nəhyanı isə vitse-prezident postuna gətirib.

O, digər qardaşları Şeyx Təhnun bin Zayed Əl Nəhyan və Həzza bin Zayed Əl Nəhyanı Əbu-Dabi şeyxinin müavini təyin edib.

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Litva rusların daşınmaz əmlak almasına tam qadağa qoymayacaq

SONRAKI XƏBƏR

Ukrayna hücuma keçəcəyi vaxtı açıqladı