Türkiyədə avtobus qəzası olub, ölən və yaralananlar var

Türkiyədə avtobus qəzası olub, ölən və yaralananlar var<span class="qirmizi"></span>

Türkiyənin Yozqat şəhərinin Yerköy rayonunda sərnişin avtobusunun aşması nəticəsində 1 nəfər ölüb, 25 nəfər yaralanıb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, nəqliyyat vasitəsi Sivas-Ankara marşrutu üzrə hərəkət edirdi.

Qəza yerinə çox sayda təcili tibbi yardım briqadası cəlb olunub.

Mənbə: report.az