Kəlbəcərin bu kəndində 20 çoxuşaqlı hayk ailəsi məskunlaşıb...- FOTO

Kəlbəcərin bu kəndində 20 çoxuşaqlı hayk ailəsi məskunlaşıb...- <span class="qirmizi">FOTO</span>

44 günlük müharibədən sonra Azərbaycan Respublikası Kəlbəcər rayonunun Rusiya "sülhməramlı" kontingentinin nəzarəti və separatçı-terrorçu rejimin işğalı altında qalan Yuxarı Oratağ kəndində doğulan hayk uşaqlarının sayı artıb.

Moderator.az xəbər verir ki, erməni nəşrlərinin yazdığına görə, bu barədə kənddəki qondarma "icma rəhbəri" Qrişa Martirosyan danışıb.

“İcma 20 çoxuşaqlı ailənin yaşadığı Artsaxın unikal kəndlərindən biridir. Bu il kənddə çoxlu doğum gözlənilir",-deyə Q.Martirosyan bildirib.

Onun sözlərindən bəlli olur ki, II Qarabağ savaşından sonra Yuxarı Oratağda Kəlbəcər şəhəri və rayonun azad edilmiş digər kəndlərindən, Ağdam rayonunun Əliağalı kəndindən və s. məntəqələrimizdən köçmüş 14 hayk ailəsi məskunlaşıb.

Kəndin yaxınlığındakı Dəmirli(erm."Kaşen") mis-molibden mədəninin fəaliyyətinin dayandırılması nəticəsində kənddə 50-yə yaxın hayk işsiz qalıb.

Kəlbəcərin bu kəndindəki məktəbdə 130 hayk şagird təhsil alır.

"Müharibədən sonra kənd sakinlərindən heç kim getməyib və getməyəcəklər. Gənclər vətənpərvərdir, vətənin müdafiəsinə və ölkənin inkişafına yönəlmiş proqramları həyata keçirməyə hazırdırlar. Kəndin bütün sakinləri doğma torpağa möhkəm bağlıdırlar və öz gələcəklərini yalnız Artsaxda görürlər",- deyə qanunsuz "icma rəhbəri" çərənləyib...

Zəruri arayış:

Yuxarı Oratağ (əvvəlki adı: Verin Oratağ) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qızılqaya kənd inzibati ərazi dairəsində kənddir. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Verin Oratağ kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Verin Oratağ kəndi Yuxarı Oratağ kəndi adlandırılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

Toponimikası

Kəndin qədim adı Oratağ olmuşdur. XIX əsrin 20-ci illərində İrandan köçüb gəlmiş erməni ailələri burada məskunlaşdiqdan sonra ondan eyni adda digər məntəqə (Nerkin Oratağ — "Aşağı Oratağ") yarandığına görə kənd Verin (erm. "Yuxarı") Oratağ adlanmışdır. Oykonimin ikinci komponenti qədim türk dillərindəki ur (şiş, qabanq) və tağ (dağ, təpə, yüksəklik) komponentlərindən düzəlib, "şiş təpə" mənasındadır. Kənd dağətəyi ərazidə yerləşir.

10 noyabr 2020-ci il üçtərəfli bəyanatına əsasən Rusiya "sülhməramlı"larının nəzarətində qalmaqdadır...

Sultan Laçın

 

 

 

 

Mənbə: moderator.az