Kamran Əliyev Ağcabədidə qəbul keçirəcək

Kamran Əliyev Ağcabədidə qəbul keçirəcək<span class="qirmizi"></span>

Baş prokuror Kamran Əliyev aprelin 7-də, saat 10:00-da Ağcabədi rayon Prokurorluğunda Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Xocavənd və Laçın rayon sakinlərinin qəbulunu keçirəcək.

“Qafqazinfo” Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Ağcabədi rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla bilərlər.

Mənbə: qafqazinfo.az