İran nüvə silahı yaratmağa qərar versə... - Milli

İran nüvə silahı yaratmağa qərar versə... - Milli<span class="qirmizi"></span>

İran, Rusiya və Çin arasında əməkdaşlıq artdıqca, bu ölkələr yaxın illərdə ABŞ üçün daha ciddi problem yaradacaq.

Axar.az xəbər verir ki, bunu ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Mili deyib.

O, İranın nüvə silahı əldə etməsi cəhdlərinə toxunub və bildirib ki, İran real nüvə silahı yaratmağa qərar verərsə və ya onu istehsal etməyə başlayarsa, ABŞ ordusu bunun qarşısını almaq üçün Co Baydenə bir neçə variant təklif edəcək.

Mark Milli Rusiya və Çinin nüvə silahlarına, habelə qitələrarası ballistik raketlərə malik olduğunu və İranın da bu iki ölkəyə qoşulması ilə ABŞ üçün problemlər yaradacagı barədə xəbərdarlıq edib.

Mənbə: axar.az