Parisdən Moskvaya çağırış: Bunu etməyin

Parisdən Moskvaya çağırış: Bunu etməyin<span class="qirmizi"></span>

Fransanın xarici işlər naziri Kolonna Rusiyanı Belarusda nüvə silahının yerləşdirilməsindən imtina etməyə çağırıb

Publika.az xəbər verir ki, Fransa diplomatiyasının rəhbərinin sözlərini BNS agentliyi sitat gətirir.

Fransanın xarici işlər naziri Ketrin Kolonna Litvaya səfəri zamanı keçirdiyi mətbuat konfransında Rusiyaya müraciət edərək, Belarus ərazisində nüvə silahlarının yerləşdirilməsi planlarına yenidən baxılmasını istəyib.

Kolonnanın sözlərinə görə, Fransa tərəfi “bunu ciddi şəkildə bəyan edir” və Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək qərarına yenidən baxılmasını istəyir. O, Rusiya prezidenti Vladimir Putinin müvafiq qərarı ləğv etməsinin “çox yaxşı” olacağını vurğulayıb.

Fransa Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, Rusiyanın Belarus ərazisində nüvə silahı yerləşdirmək planları birbaşa “Avropada sabitliyin pozulması” deməkdir.

Aydan

Mənbə: publika.az