İshak Hersoq: “İsrail Azərbaycanla münasibətlərin inkişafına önəm verir”

İshak Hersoq: “İsrail Azərbaycanla münasibətlərin inkişafına önəm verir”<span class="qirmizi"></span>

“İsrail Azərbaycanla münasibətlərin inkişafına önəm verir”.

“Report” xəbər verir ki, bunu İsrail Prezidenti İshak Hersoq martın 30-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edərkən deyib.

O, İsrailin öz strateji tərəfdaşı qismində Azərbaycanla münasibətlərin inkişafına önəm verdiyini diqqətə çatdırıb.

Görüşdə iki ölkənin xalqları arasında mövcud olan dostluq və həmrəylik ənənələrinin bu gün ölkələrimiz arasında inkişaf edən münasibətlərin mühüm tərkib hissəsi olduğu bildirilib.

Eyni zamanda Azərbaycanda yaşayan yəhudi icmasının ikitərəfli münasibətlərə verdiyi müsbət töhfə məmnunluqla qeyd edilib.

Həmçinin Azərbaycanın İsraildə Səfirliyinin açılmasının münasibətlərin daha da inkişafında əhəmiyyətli rol oynayacağına dair əminlik ifadə edilib.

Mənbə: report.az