İncə Kılıçdaroğlunu əliboş yola salıb - “Seçkidən sonra kim çölə çıxa bilməyəcək, görəcəyk”

İncə Kılıçdaroğlunu əliboş yola salıb - “Seçkidən sonra kim çölə çıxa bilməyəcək, görəcəyk”<span class="qirmizi"></span>

Ötən gün Cümhuriyyət Xalq Partiyasının sədri, “Millət ittifaqı”nın prezidentliyə namizədi Kamal Kılıçdaroğlulu Məmləkət Partiyasının sədri, prezidentliyə namizəd Məhərrəm İncə ilə görüşüb.

“AzPolitika.info” xəbər verir ki, Məhhərrəm İncə Kamal Kılıçdaroğlu ilə görüşdən sonra namizədliyini geri götürməyəcəyi ilə bağlı mesaj verib.

Məhərrəm İncə: “Namizədlikdən çəkiləcəksinizmi?” sualına, “Mən çəkiləcəyimi demədim”,-deyə cavab verib.

“Siyasətdə ittifaqlar olmalıdır. Ancaq mənfəət ittifaqı deyil, ilkə (prinsiplər) ittifaqı olmalıdır" - deyə, dolaysıyla “Millət ittifaqı”nı ptinsipsizlikdə ittiham edib.

"Biz Atatürkçülüyü mübahisəyə çevirmərik. Biz terrorçulara qarşı məsafəliyik. PKK-ya, İŞİD-ə, FETÖ-yə, Hizbullaha... Qaçqınları öıkələrinə göndərməkdə qərarlıyıq. Biz öz prinsiplərimizdən heç vaxt güzəştə getmirik. Biz bu ölkəni prinsiplər ətrafında qaldıra bilərik..."- deyə o, əlavə edib.

İncənin görüşün ardından partiya qərargahından ayrılan Kılçdaroğluna “Xoş gəldiniz, gülə-gülə” deyərək, gülmsəməsi böyük maraqla qarşılanıb. Bu barədə açıqlama verən İncə, bunun pis niyyətlə edilən bir şey olmadığını, daha öncə Kılıçdaroğlunun işlətdiyi “Gəl görüm, Məhərrəm” ifadəsinin qisasını almaq kimi bir probleminin olmadığını deyib.

Kılıçdaroğlunun ona ittifaq təklif edib-etməməsi ilə bağlı suala cavab olaraq isə İncə bildirib ki, belə bir söhbət və təklif olmayıb.

Daha əvvəl “Altı masa”yla bağlı dediyi tənqidi fikirlərini təkrarlayan İncə 10 fərqli insanla işlərin getməyəcəyini və bu barədə Kılıçdaroğluna xəbərdarlıq etdiyini deyib.

İncə CHP-yə və FETO-ya yaxın müxalif kanallarda ona qarşı edilən hücumlardan da danışıb: “Bu kanallarda mənə hücum etmək sərbəstdir. Amma mənim cavab verməyə haqqım yoxdur. Müxalifətin kanallarında hər cür yalan, böhtan, təhqir var. Mən də cavab haqqım var, sədəcə bu hüququmdan istifadə etmək istəyirəm. Ancaq mənə bui kanallarda qadağa qoyulub”.

Prezident seçkilərində iddialı olduğunu ifadə edən İncə, “Seçkidən sonra çölə çıxa bilməz” ifadəsini işlədənlərə səslənərək deyib: “6 partiya, trilyonlarla lirə pul, 2 böyük şəhər bələdiyyəsi... Onların hamısı cəmi 30 faiz, mən isə 25 faiz səs alıramsa, o zaman kim çölə çıxa bilməyəcək? Məndə bütün sorğuların nəticələri var. Mən nə etdiyimi bilirəm”.

Xatırladaq ki, “Millət İttifaqı”nın təmsilçiləri bir müddətdir 100 min imza toplayaraq prezidentliyə namizəd olmaq hüququ qazanan İncəyə “namizədlikdən çəkilmək”lə bağlı çağırışlar edir. Hətta onu təhdid edənlər də var.

Mənbə: azpolitika.info