Qarabağda bu ərazidə də sərhəd-nəzarət məntəqələri qurulacaq

Qarabağda bu ərazidə də sərhəd-nəzarət məntəqələri qurulacaq<span class="qirmizi"></span>

“Zənnimcə, artıq köhnə Laçın dəhlizi adlandırılan hissədə bizə məxsus nəzarət-buraxılış məntəqəsini qurmuşuq. İndi siə söhbət, ordumuz tərəfindən Ermənistanın sərhədlər hissəsi də daxil olmaqla Zabux və Cağavuz ərazilərindən gedir. Beləliklə ermənilərin alternativ yol kimi istifadə etdikləri yol da tamamilə ixtiyarımızdadır. Ermənilər də, Azərbaycan tərəfindən nəzarətə götürülmüş yeni yola yönləndiriliblər”.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq bildirib ki, bir müddətdən sonra ictimai fəalların da tələbləri tam həyata keçiriləcək:

“İctimai fəallar tələblərində haqlıdırlar və yəqin ki, növbəti mərhələdə həmin yolda sərhəd-nəzarət və gömrük məntəqəsi qurulacaq və tam fəaliyyətə başlayacaq".

Aydan Beydullayeva

Mənbə: publika.az