“Bizə “F-16” verin...” - General Zalujnı

“Bizə “F-16” verin...” - General Zalujnı<span class="qirmizi"></span>

Məlum olduğu kimi, son günlər ABŞ hərbi-siyasi rəhbərliyi tez-tez Ukraynaya “F-16” qırıcıları verməyə tələsmədiyini bəyan edir. ABŞ rəsmiləri bu qırıcılara hazırda ehtiyac olmadığını bildirir və bunu müxtəlif arqumentlərlə əsaslandırmağa çalışırlar.

Lakin Ukrayna tərəfi bu cür düşünmür. “AzPolitika.info” xəbər verir ki, Ukrayna Ordusunun komandanı general Valeri Zalujnı öz sosial şəbəkə səhifəsində qısa bir paylaşım edib: “Ukraynaya “F-16”-lar lazımdır!”

Bununla da Zalujnı bir növ ABŞ Administrasiyasının mövqe və arqumentlərinə cavab vermiş olub.

Qeyd edək ki, Prezident Zelenski başda olmaqla, Ukrayna rəhbərliyi dəfələrlə Qərb ölkələrinə aid qırıcılara, xüsusilə də “F-16”-lara ehtiyac olduğunu bəyan ediblər. Lakin ABŞ rəhbərliyi hələ ki, bu tələbi yerinə yetirməyə tələsmir.

Son olaraq, iki gün öncə ABŞ Müdafiə naziri Lloyd Ostin bəyan etmişdi ki, hazırda Ukrayna Ordusunun “F-16”-lara yox, daha çox uzaq məsafəli silahlara və zirehli texnikaya ehtiyacı var.

Mənbə: azpolitika.info