ABŞ ticarət nümayəndəsini Bakıya göndərir

ABŞ ticarət nümayəndəsini Bakıya göndərir<span class="qirmizi"></span>

ABŞ-ın ticarət nazirinin qlobal bazarlar üzrə köməkçisi və ABŞ və xarici ölkələr üzrə Kommersiya Xidmətinin rəhbəri Arun Venkataraman Türkiyə, Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, səfər 30 martdan 7 aprelə qədər davam edəcək.

Məlumata görə, səfərləri zamanı Venkataraman enerji, infrastruktur, təchizat zəncirləri, telekommunikasiya və rəqəmsal iqtisadiyyat sahələrində ABŞ-la bu ölkələr arasında mövcud və yeni kommersiya tərəfdaşlıqlarını inkişaf etdirəcək.

Mənbə: axar.az