Kremldən Putinin Türkiyəyə səfəri ilə bağlı AÇIQLAMA

Kremldən Putinin Türkiyəyə səfəri ilə bağlı  <span class="qirmizi">AÇIQLAMA</span>

Rusiya Prezidenti Vladimir Putinin Türkiyənin "Akkuyu" Atom Elektrik Stansiyasının (AES) nüvə yanacağı ilə doldurulması mərasimində hansı formatda iştirak edəcəyi müəyyənləşməyib.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

O, Putinin aprelin 27-də "Akkuyu" AES-də nüvə yanacağının doldurulması mərasimində iştirakının formatı ilə bağlı dəqiq qərarın hələ qəbul edilmədiyini söyləyib.

Mənbə: www.unikal.org