Məşhur xanəndə niyə işdən çıxarıldı?

Məşhur xanəndə niyə işdən çıxarıldı?<span class="qirmizi"></span>

Mədəniyyət Nazirliyi xanəndə Sabir Abdullayevin işdən çıxarılması məsələsinə münasibət bildirib.

Redaktor.az-ın xbərinə görə, nazirlikdən apa-nın sorğusuna cavab olaraq qeyd edilib ki, 2016-cı ildən Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbində xanəndəlik ixtisası üzrə müəllim vəzifəsində işləyən Sabir Abdullayev çalışmanın yaş həddinə çatdığı üçün məktəbin müvafiq əmrinə əsasən, onunla əmək müqaviləsi 15 aprel 2023-cü il tarixinədək uzadılıb.

Bildirilib ki, Əmək Məcəlləsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65 müəyyən edildiyi üçün onunla çalışma müddətinin uzadılması və ya əmək münasibətlərinə xitam verilməsi barədə qərar müvafiq dövlət orqanı rəhbəri tərəfindən verilir.

 

Mənbə: redaktor.az