Zaxarovadan Putinin Ermənistanda həbsi barədə qərara REAKSİYA

Zaxarovadan Putinin Ermənistanda həbsi barədə qərara REAKSİYA<span class="qirmizi"></span>

"Bu mövzu ən yüksək səviyyədə təmaslar zamanı müzakirə olunmalı mövzudur".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Ermənistan Konstitusiya Məhkəməsinin Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutu ilə bağlı qərarını şərh edərkən deyib.

Zaxarova danışıqların təfərrüatlarını açıqlamayıb və brifinq zamanı bildirib ki, Moskva bu məsələnin müttəfiqliyə uyğun və qarşılıqlı olaraq məqbul variantda həllinə ümid edir.

Qeyd edək ki, Ermənistan Konstitusiya Məhkəməsi ötən həftə Beynəlxalq Cinayət Məhkəməsi (BCM) haqqında Roma Statutunda təsbit olunmuş öhdəlikləri konstitusiyaya uyğun hesab edib. Ermənistanın bu addımı Rusiyada etiraz doğurub. Belə ki, Roma Statutuna əsasən Rusiya Prezidenti Vladimir Putin Ermənistana səfər edərsə, bu ölkədə həbs olunmalıdır. Əks halda Ermənistanın özünü ağır cəza gözləyəcək. 

Mənbə: modern.az