Molla rejiminə xidmət edən daha 3 nəfər tutuldu

Molla rejiminə xidmət edən daha 3 nəfər tutuldu<span class="qirmizi"></span>

Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam etdirilir.

Bu barədə “MOUZE” “Telegram” kanalı məlumat yayıb.

Bildirilib ki, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində daha bir neçə iranpərəst dindar saxlanılıb.

Onlar - Şeyx İmran Ələsgərov, Alik Aslanov və Nicat Ağayevdir.

Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, adıçəkilən şəxslər həm də narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinirlər.

Qeyd edək ki, saxlanılanlardan İmran Ələsgərov İranın Qum şəhərində dini təhsil alıb. O, hər zaman İranın mövqeyini müdafiə edən moizələri ilə yadda qalıb.

Mənbə: