Moldovada Rusiyanın Ukraynanı işğalına görə fövqəladə vəziyyət rejimi UZADILDI

Moldovada Rusiyanın Ukraynanı işğalına görə fövqəladə vəziyyət rejimi UZADILDI<span class="qirmizi"></span>

Moldova parlamenti enerji böhranları və Ukraynadakı vəziyyətlə əlaqədar fövqəladə vəziyyət rejimini daha 60 gün uzadıb.

Redaktor.az TASS-a istinadla bildirir ki, bu qərar parlamentin mətbuat xidmətinin canlı yayımladığı iclasda qəbul edilib.

“Moldova Respublikasının bütün ərazisində fövqəladə vəziyyət rejimi 2023-cü il aprelin 5-dən 60 gün müddətinə uzadılsın”, – sərəncamda deyilir.

Parlamentin spikeri İqor Qrosu bildirib ki, bu, Avropayönlü Fəaliyyət və Həmrəylik Partiyasının 61 səsi ilə təsdiqlənib.

Müxalifətdəki Kommunistlər və Sosialistlər Bloku qərarın əleyhinə səs verib,

"Şor" partiyasının fraksiyası etiraz olaraq toplantını boykot edib.

Deputatlar qarşısında çıxış edən respublikanın baş naziri Dorin Recan fövqəladə tədbirlərə ehtiyacı bölgədəki qeyri-sabitliklə izah edib, həmçinin Rusiyanı Moldovada vəziyyəti sabitliyi pozmaq cəhdində ittiham edib:

“Fövqəladə vəziyyətin müddətinin uzadılması həm də ona görə lazımdır ki, biz sabitliyi pozmaq məqsədi ilə Rusiya tərəfindən Moldova Respublikasına qarşı hibrid müharibə elementləri ilə üz-üzəyik”.

Tunar Altunbay

Mənbə: redaktor.az