Ceyhun Bayramovun Yasir Ərafatın ev muzeyini ziyarət edib - FOTO

Ceyhun Bayramovun Yasir Ərafatın ev muzeyini ziyarət edib - FOTO<span class="qirmizi"></span>

30 mart 2023-cü il tarixində Fələstin Dövlətinə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin azadlıq hərəkatının lideri Yasir Ərafatın ev muzeyini ziyarət edib.

Bu barədə XİN məlumat yayıb.

Ziyarət zamanı muzeyin idarə heyəti Azərbaycan nümayəndə heyətinin üzvlərinə 20-ci əsrin əvvəllərindən 2004-cü ildə Fələstin xalqının lideri Yasir Ərəfatın vəfatına qədər Fələstin tarixindəki ən mühüm hadisələri əks etdirən Yasir Ərafatın ev muzeyi barəsində ətraflı məlumat verib.

Muzeyin kolleksiyaları ilə yaxından tanış olan Nazir Ceyhun Bayramov sonda muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

Mənbə: moderator.az