Fuad Hüseynəliyev Paşinyanın son açıqlamaları və Ermənistanın yeni sahib axtarışları barədə - VİDEO

Fuad Hüseynəliyev Paşinyanın son açıqlamaları və Ermənistanın yeni sahib axtarışları barədə - VİDEO<span class="qirmizi"></span>

“Ermənistanın hazırkı rəhbərliyi fəal şəkildə Qərbdə özləri üçün yeni sahiblər axtarışındadır”.

Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev CBC telekanalının efirində Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamalarını şərh edərkən bildirib.

O, vurğulayıb ki, istər Fransa, istər ABŞ, istərsə də hər hansı bir digər Qərb dövləti İrəvana ağalıq edə bilər.

“Paşinyanın Demokratiya Sammitinə dəvət olunması bu tədbirin qanuniliyini şübhə altına alır. Belə ki, bu yaxınlarda monitorinq qrupu Ermənistanda demokratiyanın vəziyyətilə bağlı hesabatını açıqlayıb. Biz bu sənəddə Paşinyanın hakimiyyətə gəlişindən sonra ölkədə çox sayda qanun və hüquq pozuntularının baş verdiyinin şahidi oluruq”, - deyə F. Hüseynəliyev bəyan edib.

İnformasiya Agentliyinin rəhbəri qeyd edib ki, Qərb demokratik hesab etdiyi Ermənistanda real vəziyyəti görməzdən gəlir.

Daha ətraflı CBC-nin videomaterialında:

 

 

Mənbə: www.oxu.az