Lavrov: "Soyuq Müharibə dövründə Qərb quldur üsullarından istifadə etmirdi"

Lavrov: "Soyuq Müharibə dövründə Qərb quldur üsullarından istifadə etmirdi"<span class="qirmizi"></span>

Rusiyanın Xarici işləər aziri Sergey Lavrov belə fikir bildirib ki, hətta soyuq müharibə dövründə Qərb ölkələri indiki kimi “quldur üsullarından” istifadə etməyib.

Publika.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, o, bu barədə "Prensa Latina" telekanalına müsahibəsində bildirib. Lavrov qeyd edib ki, qərb BMT və digər beynəlxalq təşkilatları o dövrdə Rusiyaya qarşı belə kəskin münasibət göstərməyib.

Lavrov xatırladıb ki, Asiya, Latın Amerikası və Afrika başda olmaqla dünyanın bütün dövlətlərinin dörddə üçü Rusiyaya qarşı sanksiyalara qoşulmayıb. Diplomatın sözlərinə görə, buna baxmayaraq, onlar şantaj və təhdidlərə məruz qalırlar, həmçinin onlara maliyyələşməni dayandıracaqları, BVF və Dünya Bankından kreditlərin alınmasında problem yaradacaqları vəd edilir.

“Onlar BMT-də və digər beynəlxalq təşkilatlarda Rusiya Federasiyasını pisləyən qətnamələrə səs vermələrini tələb edirlər. Bu, baş verir. Biz bilirik ki, bu səslər nə qədər kirli və sözün əsl mənasında hansı qanqster üsulları ilə əldə edilir. Biz bunu çox yaxşı bilirik”, - Lavrov vurğulayıb.

Aytən Məftun

Mənbə: publika.az