"İsrailin Azərbaycanla yaxın münasibətləri digər İslam ölkələrinə..." - RƏY

"İsrailin Azərbaycanla yaxın münasibətləri digər İslam ölkələrinə..." - RƏY<span class="qirmizi"></span>

 

“Azərbaycanın İsraillə olan yaxın münasibəti yalnız Azərbaycan-İsrail arasında yox, regionda yerləşən digər ölkələrlə də siyasi-iqtisadi əlaqələrin genişləndirilməsinə və inkişaf etdirilməsinə rəvac verəcək”.

Bu fikirləri Azərbaycanın İsraildə diplomatik nümayəndəliyinin fəaliyyətə başlaması haqqında fikirlərini bildirən politoloq Elşən Manafov Yenicag.az-a açıqlamasında səsləndirib.

Politoloq bildirib ki, Azərbaycanla İsrail arasında münasibətlərin genişləndirilməsi istiqamətində səfirliyin böyük töhfəsi olacaq:

“Azərbaycanın İsraillə hərbi əməkdaşlığı 44 günlük müharibədə qələbə çalmağımızın mühüm səbəblərindən biridir. Əlavə olaraq, Azərbaycanın İsrailllə enerji sahəsində əməkdaşlığı var. Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınan neftin təqribən otuz üç-otuz dörd faizini İsrail idxal edir. Bu çox ciddi rəqəmdir və İsrailin Azərbaycana önəm verdiyinin göstəricisidir.

İsrailin Azərbaycanla yaxın münasibətləri digər İslam ölkələrinə mesajdır. Fələstində yaşanılanlardan sonra İsrail İslam ölkələrində fərqli qarşılandı. Hətta 1978-ci ildə Misir-İsrail arasında imzalanan müqavilə müsəlman ölkələrini dərindən sarsıtmışdı.

Azərbaycan tolerant ölkədir. Burada yəhudilər azərbaycanlılarla eyni hüquqlara malikdirlər. Azərbaycanın İsraillə olan yaxın münasibəti yalnız Azərbaycan-İsrail arasında yox, regionda yerləşən digər ölkələrlə də siyasi-iqtisadi əlaqələrin genişləndirilməsinə və inkişaf etdirilməsinə rəvac verəcək”.

Nəsimi Ələsgərli

 

www.yenicag.az

Mənbə: yenicag.az