“Ukrayna Baxmut ətrafında mövqelərini bərpa edib” - “Vaqner” isə

“Ukrayna Baxmut ətrafında mövqelərini bərpa edib” - “Vaqner” isə<span class="qirmizi"></span>

“Ukrayna qüvvələri Donetsk vilayətinin Baxmut şəhəri ətrafındakı mövqelərini bərpa edib”.

“AzPolitika.info” xəbər verir ki, ABŞ Müharibə Araşdırmaları İnstitutunun(ISW) son hesabatında belə deyilir.

İnstitutun mütəxəssisləri qeyd edirlər ki, Ukrayna Silahlı Qüvvələri şəhərin 7 kilometrliyində, cənub-qərb istiqamətində bir müddət əvvəl itirdikləri mövqeləri geri qaytarıblar ki, bu da şəhərin mühasirəyə alınması ehtimalını bir qədər də azaldıb.

Bununla yanaşı, mütəxəssislər qeyd edirlər ki, şəhərin daxilindəki “Vaqner” qüvvələri isə cüzi irəliləyişə nail ola biliblər və hazırda şəhərin mərkəzindəki administrasiya binasından bir neçə kvartal aralıda mövqe tutublar. Ancaq buna baxmayaraq, Baxmutun qərb hissəsi Ukrayna Ordusunun tam nəzarətindədir və şəhəri mühasirəyə almaq cəhdləri uğursuzluqla nəticələnir.

Qeyd edək ki, “Vaqner”-in başçısı Yevgeni Priqojin də Ukrayna birləşmələrinin Baxmutu tərk etmək fikrində olduğuna dair heç bir əlamət görmədiyini və şəhəri mühasirəyə almağın çətin olduğunu bildirib. Əvəzində Ukrayna Quru Qoşunları komandanı general Aleksandr Sırskiy dünən dünən deyib ki, işğalçı ordunun Baxmut ətrafında getdikcə daha az canlı qüvvəsi və vaxtı qalır.

Cəlal

“AzPolitika.info”

Mənbə: azpolitika.info