Britaniya təhdid olunur - Ukraynadakı müharibəyə görə

Britaniya təhdid olunur - Ukraynadakı müharibəyə görə<span class="qirmizi"></span>

Britaniya Ukraynada qeydiyyata alınmamış silahların yayılması ilə təhdid edilir.

Publika.az xəbər verir ki, bu barədə odlu silahlar üzrə ekspert Pol Ceyms “The Telegraph”da bildirib.

Ceymsin sözlərinə görə, Ukraynadakı münaqişə və ölkəyə silah tədarükü onun Böyük Britaniyaya böyük axınına təsir edir və mütəşəkkil cinayətkarlığın artmasına səbəb olacaq.

O qeyd edib ki, əvvəllər bu cür silahların əsas mənbəyi Balkan ölkələri olub.

“Son on ildə çoxlu odlu silahların Avropaya daxil olduğu Qərbi Balkanlarda çox iş görmüşük. Ukraynadan gələn təhlükə, oraya göndərilən və qeydiyyata alınmayan silahlar miqdarına görə daha çox olmasa da, eyni dərəcədə yüksəkdir”, - Ceyms bildirib.

Bundan əvvəl Avropa Komissiyasının üzvü Dominik Bild Avropa Komissiyasına müraciətində bildirmişdi ki, Qərb ölkələrinin Ukraynaya silah tədarükü onların qeyri-qanuni dövriyyəsinə və bütün dünyada "qara bazar"lara girməsinə kömək edir. Onun fikrincə, Kiyevə beynəlxalq yardım həddən artıq verilir.

Mehti Kamiloğlu

Mənbə: publika.az