"NATO nümayəndələri qoyun cildində olan qurdlardır və bizim birbaşa düşmənlərimizdir..."

"NATO nümayəndələri qoyun cildində olan qurdlardır və bizim birbaşa düşmənlərimizdir..."<span class="qirmizi"></span>

"NATO nümayəndələri qoyun cildində olan qurdlardır və bizim birbaşa düşmənlərimizdir..."

"Rusiya Alyansın Ukraynada sülhməramlı kontingentini qanuni hədəf kimi amansızcasına məhv edəcək..."

Medvedev özünəməxsus tərzdə NATO-nun "həyasız nacinslər"inə "tabut axını" vəd edib

Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev bəyan edib ki, NATO sülhməramlıları "qoyun cildində olan qurdlardır" və Rusiyanın düşmənləridir.

Moderator.az xəbər verir ki, bu barədə o, özünün "Telegram-kanal"ında yazıb.

Medvedev Ukrayna ərazisinə Alyansın sülhməramlılarının mümkün yeridilməsi barədə Avropa İttifaqının kuluarlarında gəzən şayiələr fonunda Şimali Atlantika İttifaqı Təşkilatınım ünvanına yeni təhdidlərlə çıxış edib.

O, bəyan edib ki, hərbi blokun nümayəndələri "qoyun cildində olan qurdlar"dır, öz "sülhməramlı xidmətlər"ini ona görə təklif edir ki, Kiyevin tərəfində dayansın və cəbhədəki vəziyyəti dönüşü olmayan nöqtəyə çatdırsınlar.

"NATO-çular, sadəcə, öz acgözlüyü, nadanlığı və həyasızlıqları ucbatından ağıllarını itirmiş nacinslər deyil. Onlar başqalarını gic yerinə qoyublar. Və riyakarcasına, istehza ilə gülümsəyərək, özlərinin "sülhməramlı xidmətlərini" təklif edir", - Medvedev bəyan edib.

Bu kontekstdə Putinin əlaltısı ABŞ-a Amerika kontingentinin Koreya, Yuqoslaviya, İraq, Əfqanıstan və Afrika ölkələrinə yeridilməsi üzrə əməliyyatlarını xatırladıb və deyib ki, onların Ukraynada mövcudluğu "faciəyə" gətirib çıxaracaq.

Medvedev NATO və Avropanı "tabut axını" ilə təhdid edib və qeyd edib ki, Rusiya Alyansın Ukraynada sülhməramlı kontingentini özünün qanuni hədəfi hesab edəcək və o, Rusiya ordusunun atəşlərinə məruz qalacaq.

"Belə "sülhməramlılar" bizim birbaşa düşmənlərimizdir. Qoyun cildində olan qurdlardır. Onlar ön cəbhədə əllərində silah Rusiyanın razılığı olmadan yerləşərsə və birbaşa bizi təhdid edərsə, bizim Silahlı Qüvvələrimiz üçün qanuni hədəf olacaq. O zaman bu "sülhməramlılar" amansızcasına məhv edilməlidir", - o, bəyan edib.

Mənbə: moderator.az