“Lukaşenko panika keçirir...” – Qirkin yenə Putini təhqir edib

“Lukaşenko panika keçirir...” – <span class="qirmizi">Qirkin yenə Putini təhqir edib</span>

Donbasdakı separatizmin ilk yaradıcılarından biri, sabiq FTX polkovniki və Haaqa məhkəməsinin barəsində qiyabi ömürlük həbs qərarı çıxardığı İqor Qirkin(Strelkov) Belarus Prezidentinin ölkə parlamentinə və xalqa dünənki müraciətini sərt tənqid edib.

“AzPolitika.info” xəbər verir ki, Qirkin öz “telegram” kanalında dərhal və qeyd-şərtsiz atəşkəs və sülh tələb edən Lukaşenkonun “yüngül panikada” olduğunu bildirib və deyib ki, Belarus Prezidenti “qeyri-adekvat” birisidir. O, əlavə edib ki, Lukaşenko bu gedişlə qeyd-şərtsiz sülhdən sonra ordunun buraxılmasını da tələb edə bilər.

Qirkin həm Putini, həm də Lukaşenkonu kəskin tənqid və təhqir edərək, xüsusilə də ikincinin bərk qorxduğunu və panikada olduğunu qeyd edib: “Qətiyyən şübhə etmirəm ki, bu özünə vurğun axmaq indi “yüngül(yüngüldürmü?) panika”dadır. Hətta o da öz(söyüş söyür) beyni ilə Rusiyanın və onunla birgə Belarusun üstünü almış hərbi və iqtisadi böhranın dərinliyini anlayır”.

Qirkin əlavə edib ki, hər iki Prezident reallıqdan qopub: “Putin və Lukaşenko özlərinin uydurduqları dünyada yaşayırlar və həmin dünyada hər şey o dərəcədə yaxşıdır ki, hətta daha da yaxşı olacaq...”

Əslində isə, Qirkinin öz mənbələrinə istinadla söylədiyinə görə, işğalçı ordunun Ukraynada vəziyyəti olduqca ağır və acınacaqlıdır.

Mənbə: azpolitika.info