Püşk atıldı: Ərdoğanın adı birinci olacaq

Püşk atıldı: Ərdoğanın adı birinci olacaq<span class="qirmizi"></span>

Püşkatmadan sonra bəlli olub ki, Ərdoğanın adı seçki bülletenində birinci olacaq.

Publika.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, şənbə günü Türkiyə Seçki Komissiyası namizədlərin bülletendə təqdim olunma qaydasını müəyyən edən püşkatma mərasimi keçirib.

Ərdoğanın əsas rəqibi, birləşmiş müxalifətin namizədi və ana müxalifət Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu üçüncü olub.

Xatırladaq ki, Türkiyədə prezident seçkiləri mayın 14-də keçiriləcək.

Aydan

Mənbə: publika.az