Taliban musiqi səsləndirdiyinə görə, qadınlara məxsus radio stansiyasını bağlayıb

Taliban musiqi səsləndirdiyinə görə, qadınlara məxsus radio stansiyasını bağlayıb<span class="qirmizi"></span>

Taliban rəsmisi şənbə günü Əfqanıstanın şimal-şərqində qadınlara məxsus radio stansiyasının müqəddəs Ramazan ayı ərzində musiqi ifa etdiyi üçün bağlandığını bildirib.

Bizimyol.info xəbər verir ki, dari dilində qadın səsi mənasını verən "Sadai Banovan" Əfqanıstanda qadınların idarə etdiyi yeganə radio stansiyadır və o fəaliyyətə 10 il əvvəl başlamışdı. Radionun altısı qadın olmaqla səkkiz işçisi olduğu bildirilir.

Bədəxşan əyalətinin İnformasiya və Mədəniyyət direktoru Moezuddin Ahmadi bildirib ki, stansiya Ramazan ayı ərzində mahnı və musiqi yayımlayaraq “İslam Əmirliyinin qanun və qaydalarını” bir neçə dəfə pozub və pozuntuya görə bağlanıb: “Əgər bu radio stansiya Əfqanıstan İslam Əmirliyinin siyasətini qəbul etsə və bir daha belə bir şeyi təkrar etməyəcəyinə zəmanət versə, biz onun yenidən fəaliyyət göstərməsinə icazə verəcəyik”, - deyə Əhmədi bildirib.

Stansiya rəhbəri Najia Sorosh hər hansı pozuntunun olduğunu inkar edərək, bağlanmağa ehtiyac olmadığını deyib və bunu sui-qəsd adlandırıb: "Taliban bizə dedi ki, siz musiqi yayımlamısınız. Biz heç bir musiqi növü yayımlamamışıq", - deyə o bildirib.

Sorosh cümə axşamı saat 11:40-da İnformasiya və Mədəniyyət Nazirliyinin və Fəzilət Müdirliyinin nümayəndələrinin stansiyaya gələrək onu bağladığını bildirib. O, stansiya işçilərinin Vice və Virtue ilə əlaqə saxladığını, lakin oradakı səlahiyyətlilərin bağlanma ilə bağlı əlavə məlumatlarının olmadığını söyləyib.

2021-ci ilin avqustunda Taliban hakimiyyəti ələ keçirdikdən sonra bir çox jurnalist işini itirdi. Əfqanıstan Müstəqil Jurnalistlər Assosiasiyasının məlumatına görə, media qurumları maliyyə çatışmazlığı və ya işçilərin ölkəni tərk etməsi səbəbindən bağlanıb.

Taliban qadınlara universitet də daxil olmaqla altıncı sinifdən sonra iş və təhsilin əksər formalarını qadağan edib. Musiqiyə rəsmi qadağa yoxdur. 1990-cı illərin sonundakı əvvəlki hakimiyyəti dövründə Taliban ölkədə əksər televiziya, radio və qəzetləri qadağan edir.

Qadir, Bizimyol.info

Mənbə: www.bizimyol.info