Suriya XİN başçısı 12 ildən sonra Misirə gedib

Suriya XİN başçısı 12 ildən sonra Misirə gedib<span class="qirmizi"></span>

Suriyanın xarici işlər naziri Faysal Mekdad 2011-ci ildə vətəndaş müharibəsindən sonra ilk dəfə Misirə səfər edib.

O, Qahirədə misirli həmkarı Sameh Şükri ilə görüşüb.

"Reuters" agentliyi bildirir ki, səfərin məqsədi Misir və Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə Suriyanın Ərəb Liqasına üzvlüyünü bərpa etməkdir.

Ərəb Liqası 2011-ci ildə Suriyanın üzvlüyünü dayandırıb və bir çox ərəb dövlətləri öz səfirlərini Dəməşqdən çıxarıb.

Mənbə: moderator.az