Bu təxribatları görməməzlikdən gəlməyəcəyik - Altun

Dinimizə və bayrağımıza qarşı iyrənc hücumun təkrarlanmasını qətiyyətlə pisləyirəm. Danimarka səlahiyyətliləri bu islamofob, ksenofob və irqçi hərəkətləri ifadə azadlığı hesab edə bilməz.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının kommunikasiyalar şöbəsinin müdiri Fəxrəddin Altun Danimarkada Quran və Türkiyə bayrağına hücuma münasibət bildirərkən deyib.

“Bunlar rəsmi olaraq bizi mənfi şəkildə göstərmək, müsəlmanlardan və türk xalqından sərt reaksiya almaq üçün edilən təxribatlardır. Biz bu oyunu oynamayacağıq, ancaq bunlara görməməzlikdən də gəlməyəcəyik”, - F.Altun qeyd edib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

İranda güclü zəlzələ olub

SONRAKI XƏBƏR

Çin rəhbəri Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırır - Politoloq