İranda müəllimlər işdən qovulur

İranda müəllimlər işdən qovulur<span class="qirmizi"></span>

İranda təhsil müəssisələrindən müəllimlərin qovulması davam edir.Aktual.az "Azad İran”a istinadən xəbər verir ki, İranda molla rejiminə etiraz edən müəllimlərin işdən qovulması davam edir.

Məlumata görə, Tehran İncəsənət Universitetində dərs deyən altı müəllim etiraz aksiyalarını dəstəklədiyininə görə təhsil müəssisəsindən kənarlaşdırıblar.

İran Təhsil İşçiləri Həmkarlar İttifaqı Təşkilatlarının Koordinasiya Şurası məlumatında qeyd edilir ki, həmin müəllimlər tələbələrin həbs edilməsinə və rejim tərəfindən həyata keçirilən repressiyalara qatı şəkildə etiraz ediblər.

Müəllimlərin universitetdən qovulduqları barədə xəbər yayıldıqdan sonra adıçəkilən universitetin bir qrup müəllimi bəyanat yayaraq hakimiyyətin bu hərəkətini pisləyib və dərsləri dayandırıb.

Bundan bir müddət əvvəl isə eyni səbəblərə görə İranın Azad Universitetinin 9 müəllimi işdən çıxarılıb.

Qeyd edək ki, İranda son zamanlar rejimə qarşı təşkil olunan etiraz aksiyalarında və nümayişlərdə müəllimlər və tələbələr fəal şəkildə iştirak ediblər.

Mənbə: aktual.az