Arxadan vurulan zərbə: Çin nüvə silahına malik olan dövlətlərə onu başqa ölkələrdə yerləşdirməyə çağırış edib

Arxadan vurulan zərbə: Çin nüvə silahına malik olan dövlətlərə onu başqa ölkələrdə yerləşdirməyə çağırış edib<span class="qirmizi"></span>

Arxadan vurulan zərbə: Çin nüvə silahına malik olan dövlətlərə onu başqa ölkələrdə yerləşdirməyə çağırış edib

"Nüvə silahı başımız üstündə asılan damoklov qılıncıdır..."

"Biz nüvə silahından birgə istifadə edilməsi barədə razılaşmaların ləğvinə çağırırıq..."

"Nüvə silahının tətbiq edilməsi və hətta bu barədə danışmaq yolverilməzdir..."

Çinin rəsmi nümayəndəsi nüvə silahına malik olan dövlətlərə onu başqa ölkələrdə yerləşdirməməyə çağırış edib.

Moderator.az xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının brifiqində Çinin səfiri Qen Şuan bəyan edib.

"Nüvə silahı başımız üstündə asılan damoklov qılıncıdır", - diplomat xəbərdarlıq edib.

"Çinin nüvə silahı məsələsində mövqeyi həmişə dəqiq və ardıcıl olub. Çin bu silaha sahib olduğu ilk gündən əzmlə müdafiə strategiyasına sadiqdir və nüvə silahını ilk olaraq tətbiq etməmək vədinə əməl edir.

Çin öz üzərinə bu növ silahı olmayan digər dövlətlərə və ya nüvə silahından azad zonalara qarşı nüvə silahını tətbiq etməmək və tətbiq edəcəyi ilə hədələməmək öhdəlyini götürüb. Çin belə öhdəlikləri üzərinə götürən nüvə silahına malik olan yeganə dövlətdir", - səfir izah edib.

"Biz nüvə silahından birgə istifadə edilməsi barədə razılaşmalarının ləğvinə çağırırıq və bütün nüvə dövlətləri tərəfindən xaricdə nüvə silahının yerləşdirilməsindən imtina edilməsi və bu dövlətlərin hüdudlarından kənar dövlətlərdə yerləşdirilən nüvə silahının çıxarılmasına tərəfdardır", - Qen Şuan BMT tribunasından bəyan edib.

Çin səfirinin nitqi Vladimir Putinin Rusiyanın taktiki nüvə silahının Belarus ərazisində yerləşdirmək istəyi barədə bəyanatları fonunda səsləndirilib.

Rusiya prezidenti deyib ki, Moskva Belarusun 10 ədəd hərbi təyyarəsini taktiki nüvə silahının tətbiqi üçün təkmilləşdirib və Minskə belə yükləri daşıya biləcək "İsgəndər" raket kompleksləri verib. Putin əlavə edib ki, iyulun 1-də taktiki nüvə silahı üçün saxlanc yerinin tikintisi başa çatdırılacaq.

Pekin Ukrayna ərazisində tammiqyaslı müharibə başlanandan Moskvaya qarşı ikili siyasət sərgiləyib. Çin Rusiyanın başlıca ticarət tərəfdaşlarından biridir, lakin bu zaman Ukraynanın ərazi bütövlüyündə təkid edir və Rusiya təcavüzünü açıq şəkildə dəstəkləmir.

Çinin rəsmi şəxsləri Rusiyanın nüvə şantajına münasibətdə ölkənin dəqiq mövqeyini formalaşdırıb. Pekin anladıb ki, nüvə silahının tətbiqi və hətta bu barədə danışmaq yolverilməzdir.

Mənbə: moderator.az