Gəncədə yolu keçmək istəyən iki piyadanı avtomobil vurub

Gəncədə avtomobil iki piyadanı vurub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Belə ki, yolu qarşı tərəfə keçmək istəyən 2 piyada "VAZ-2107" markalı avtomobil tərəfindən vurulub. Piyadalar ağır halda xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Ərdoğana qarşı Kürdüstan nefti “kartı”

SONRAKI XƏBƏR

Zaxarova bunu ABŞ-ın standart təcrübəsi hesab edir?