Aksiya separatçılara nə qədər ziyan vurdu? - Şok hesabat

Aksiya separatçılara nə qədər ziyan vurdu? - <span class="qirmizi">Şok hesabat</span>

Ermənistanın keçmiş maliyyə naziri Vardan Abramyanın hazırladığı və bugünlərdə yayımlanan hesabata görə, azərbaycanlıların Şuşa yolunda başlatdıqları etirazdən keçən müddətdə Xankəndinin iqtisadi itkisi 165 milyon dollardır, separatçıların nəzarət etdiyi bölgənin gündəlik itkisi 1.6 milyon dollar civarındadır. Hesabat müəllifi bu vəziyyətdə Ermənistanın Qarabağ separatçılarına əlavə olaraq təqdim etdiyi 25 milyon dollarlıq dəstəyin kifayət etməyəcəyini bildirib.

Yenisabah.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

O bildirib ki, başqa bir rəqəmə görə Qarabağda separatçıların nəzarətindəki bölgədə 16 mindən çox erməni işsiz qalıb. Hesabat müəllifi separatçıların büdcəsində dərin kəsir əmələ gəldiyini, gəlirləri artırmaq üçün heç bir mənbənin qalmadığını vurğulayıb:

“Hesabatda büdcəni doldurmağın yeganə alternativinin Ermənistanın və dünyadakı erməni lobbisinin inaələri olduğu göstərilib. Hesabatda o da yazılıb ki, mövcud vəziyyət davam edərsə, ümumiyyətlə, Qarabağda iqtisadi fəallıqdan əsər-əlamət qalmayacaq. Hesabat müəlifi İkinci Qarabağ müharibəsindən əvvəlki dövrə dair maraqlı rəqəmlərlə paylaşıb: “Qarabağda 2015-2019-cu illərdə iqtisadi artım ikirəqəmli olub. Müharibədən dərhal sonra isə 17.6 faiz iqtisadi geriləmə qeydə alınıb. İqtisadiyyatın yenidən bərpasına Şuşa yolundakı etiraz əngəl olub. Ötən ilin dekabrından başlayaraq iqtisadi fəallıq 20 faiz azalıb”.

Bu rəqəmlər Qarabağ ermənilərinə anlatmalıdır ki, Azərbaycanla razılıq əldə etmədən, qanunlarımızı qəbul etmədən ağır iqtisadi və sosial vəziyyətdən qurtula bilməyəcəklər.

Hesabat müəllifinin “Qarabağ iqtisadiyyatının uğurlu illəri” adlandırdığı dövr Azərbaycanın işğal altındakı ərazilərdə kənd təssərrüfatı çalışmalarıyla bağlı idi. Müharibədən sonra həmin ərazilər azad olundu və separatçılar gəlirdən məhrum oldular. Məlum oldu ki, erməni separatçılar keçmiş Dağlıq Qarabağın ətrafındakı ərazilərdə taxıl yetişdirib onu Ermənistana satırdılar. Bunun hesabına Ermənistan taxıla olan tələbatının böyük hissəsini ödəyirdi”.

Ekspert vurulayıb ki, Qarabağla Ermənistanı birləşdirən yollar tədricən Azərbaycan hərbçilərinin nəzarətinə keçdiyinə görə separatçılar yataqlardan əldə etdiklərini də Ermənistan göndərə bilmirlər və bu yataqlarda işin dayandığına dair məlumatlar var:

“Erməni separatçıların keçmiş “dövlət naziri” Ruben Vardanyanın sözlərinə görə, bölgə iqtisadiyyatını bərpa etmək üçün 250 milyon dollara ehtiyac var. Qarabağ separatçılarının gələcək taleyi sual altında olduğundan bu pulları Ermənistanla erməni lobbisi də verməz.

Bu arada, Ruben Vardanyanın bölgəni idarə edən separatçıların və Rusiya hərbi kontingentinin ünvanına səsləndirdiyi etiraf da ermənilərin düşdüyü vəziyyəti göstərir. Vardanyanın sözlərinə görə, bəzi erməni işbazlar separatçı məmurlarla və Rusiya hərbçiləriylə əlbir olaraq bölgəyə ikinci dərəcəli məhsullar gətirirlər. Mexanizm belədir: Qarabağdakı işbazlar Rusiya hərbçilərinə rüşvət verərək onların nəqliyyat vasitələrində Ermənistandan bölgəyə məhsullar gətirir, əldə etdikləri qazancı separatçı məmurlarla bölüşürlər.

Beləliklə, İkinci Qarabağ müharibəsinin nəticəsi, Şuşa yolunda davam edən etiraz, üstəgəl Ermənistanla bölgəni birləşdirən yolların nəzarətə götürülməsi erməniləri ağır vəziyyətə sürükləyib. Buna Azərbaycanın nəzarətində olan kommunikasiya xətlərini də əlavə etmək lazımdır, tez-tez qaz və internet kəsilir. Özlərinin hazırladıqları hesabatlar və verdikləri açıqlamalar durumun hər keçən gün onların əleyhinə işlədiyini göstərir. Demək, doğru yoldayıq”.

Mənbə: yenisabah.az