Rusiya hərbi sursatların istehsalını artırıb

Rusiya hərbi sursatların istehsalını artırıb<span class="qirmizi"></span>

Rusiyanın hərbi-sənaye kompleksi Rusiya Silahlı Qüvvələri üçün şərti və dəqiq idarə olunan hərbi sursatların istehsalını əhəmiyyətli dərəcədə artırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şimal-Şərq Hərbi Dairəsinin qüvvələrinin birgə qrupunun qərargahında keçirilən iclasda bildirib.

Nazir bildirib ki, qoşunların məhvetmə vasitələri ilə təminatı Rusiya Federasiyasının hökuməti və Müdafiə Nazirliyi tərəfindən daimi nəzarətdə saxlanılır.

“İstehsal güclərinin genişlənməsi və əmək məhsuldarlığının artması ilə əlaqədar olaraq silahların sayı dəfələrlə artıb. Söhbət həm adi, həm də yüksək dəqiqlikli silah növlərindən gedir”, - deyən Şoyqu, adi dəqiq idarə olunan hərbi sursatların istehsalının bu cür artması Rusiya qoşunlarına xüsusi hərbi əməliyyatın keçirilməsi zamanı tapşırıqları yerinə yetirməyə kömək edəcəyini bildirib.

 

Mənbə: sia.az