Bu, BMT TŞ-nin iflasa uğramasının sübutudur - Sibiqa

Rusiyanın BMT Təhlükəsizlik Şurasına sədrliyi onun (BMT TŞ) tam iflasa uğramasının yekun sübutu olub.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının rəhbərinin müavini Andrey Sibiqa deyib.

“Rusiyanın BMT TŞ-yə sədrliyi dünyada sülhün və təhlükəsizliyin dəstəklənməsinə cavabdeh olan yeganə beynəlxalq orqanın bütün müasir arxitekturasına dair hökmdür. Həmçinin, onun tam iflasa uğramasının sübutudur”, - o bildirib.

Sibiqanın sözlərinə görə, dünya Təhlükəsizlik Şurasının köhnəlmiş prosedur qaydalarının girovu ola bilməz.

 

Axar.az

ƏVVƏLKİ XƏBƏR

İsraildə on minlərlə insan hüquq islahatlarına etiraz edir

SONRAKI XƏBƏR

“Kəpəz” autsayderə qalib gəldi, “Neftçi” qələbəni əldən verdi