Ərdoğan bu ölkə ilə bağlı TARİXİ QƏRAR VERDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə parlamentin Finlandiyanın NATO-ya üzv olmaq ərizəsini ratifikasiya etmək qərarını təsdiqləyib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin "Resmi Gazete" nəşrində dərc olunan məlumatda deyilir.

“2022-ci il iyulun 5-də Brüsseldə imzalanmış “Finlandiya Respublikasının Şimali Atlantika Müqaviləsinə qoşulması haqqında Protokol”un ratifikasiyası məqsədəuyğun hesab edilib. Qanunun müddəaları prezident tərəfindən həyata keçirilir”, - deyə məlumatda bildirilir.

Finlandiya və İsveç 2022-ci ildə NATO-ya üzv olmaq üçün müraciət ediblər. Kreml Finlandiya hakimiyyətinin seçdiyi kursdan təəssüfləndiyini bildirib. Türkiyə ölkənin Şimali Atlantika Alyansına daxil olmasına qarşı çıxıb. Lakin sonradan Türkiyə lideri bildirib ki, hakimiyyət hərbi-siyasi blokun genişləndirilməsi ilə bağlı parlamentdə səsvermə keçirməyə hazırdır.

Hüseyn İbadlı

Publika.az

ƏVVƏLKİ XƏBƏR

"Neftçi"nin baş məşqçisi: "Bizi ağır oyunlar gözləyir"

SONRAKI XƏBƏR

İsraildə on minlərlə insan hüquq islahatlarına etiraz edir