Belarus ölkəyə qayıtmaq istəyənlərə “qucaq açır”?

Belarus ölkəyə qayıtmaq istəyənlərə “qucaq açır”?<span class="qirmizi"></span>

Belarusun baş prokuroru Andrey Şved ölkəyə qayıtmaq istəyən müxalifətçilərin sayını açıqlayıb.

Belə ki, “ONT” telekanalına müsahibə verən baş prokuror, 2020-ci ildə keçirilən prezident seçkilərindən sonra ölkəni tərk etmiş və respublikaya qayıtmaq istəyən vətəndaşların ərizələrinə baxılması üzrə komissiyaya 56 müraciət daxil olduğunu bildirib.

“Komissiyanın iclası üçün materiallar hazırlanır. Hesab edirəm ki, yaxın vaxtlarda biz bu müraciətlərin birinci hissəsinə sərəncamda nəzərdə tutulmuş qaydada baxacağıq”.

Qeyd edək ki, SİA-nın əldə etdiyi məlumata görə, ötən ay Belarus prezidenti Aleksandr Lukaşenko vətəninə qayıtmaq istəyən, əvvəllər qanun pozuntusu törətmiş vətəndaşlarla iş üzrə komissiyanın yaradılması haqqında fərman imzalayıb.

Xatırladaq ki, Belarus lideri daha əvvəl Qərb respublikanın qaçaq vətəndaşlarından ikinci cəbhə açmaq üçün istifadə etməyə hazırlaçdığını demişdi.

Bundan əvvəl o, müxalifətin Belarusda hakimiyyəti devirməyə, orada yeni Ukrayna yaratmağa və NATO-ya üzv olmağa çalışdığını iddia edirdi.

Ağasəf Babayev

 

Mənbə: sia.az