"Rusiya vətəndaşı olmaq istəyirəm" - Amerikalı boksçu rinqdən Putinə səsləndi

ABŞ boksçusu Kevin Blu 'Kingpin' Conson Rusiyada qalib gəldiyi görüşdən sonra Rusiya prezidenti Vladimir Putinə rinqdən səslənərək Rusiya vətəndaşı olmaq istədiyini bildirib.
İdmançının bu addımı dünya gündəmini zəbt edib.
“Cənab Vladimir Putin, əgər izləyirsinizsə və eşidirsinizsə, mən Kevin Consonam, Rusiyaya tam şəkildə yerləşərək karyeramı burada davam etdirmək istəyirəm”, - deyə Conson çıxışında deyib.
ABŞ-lı boksçunun Rusiyadan vətəndaşlıq istəməsi sosial şəbəkədə sürprizlə qarşılanıb.

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Avropa İttifaqının Ermənistandakı missiyası ilə bağlı sensasion məlumatlar - VİDEO

SONRAKI XƏBƏR

KTMT “Taliban”la danışıqlar aparır