NATO-ya görə İspaniya QARIŞDI: "Kapitalist barbarlığını dayandırın"

İspaniyanın Pamplona və Vitoriya-Qasteiz şəhərlərində NATO-ya qarşı kütləvi etiraz aksiyaları keçirilib

Publika.az xəbər verir ki, bu barədə TASS nümayişlərin təşkilatçılarına istinadla yazır.

Jurnalistlərin məlumatına görə, hadisələr şənbə günü, aprelin 1-i axşam saatlarında baş verib. Yüzlərlə iştirakçının qatıldığı mitinqlər insidentsiz keçib. İştirakçılar NATO-ya qarşı "Müharibəni və kapitalist barbarlığını dayandırın” şüarını səsləndiriblər.

Aksiyaların təşkilatçılarının fikrincə, Qərb Avromaydan vasitəsilə dövlət çevrilişini təbliğ edir.

Aksiya iştirakçılarının fikrincə, Ukrayna münaqişəsi NATO-nun Ukrayna ərazisində artan mövcudluğuna cavab idi.

 

Publika.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ-da tornado nəticəsində 18 nəfər ölüb

SONRAKI XƏBƏR

Azərbaycan Ordusunun Aprel qələbəsi