Rusiyanın bunun üçün nə pulu, nə də texnikası var – İddia

Rusiyanın nüvə mühərrikli raketlərin sınağını keçirib, yekunlaşdırması üçün üçün nə pulu, nə də texniki imkanları var.

Axar.az xəbər verir ki, bu iddia ilə “Forin Polisi” qəzeti çıxış edib. Qəzet Rusiyanın Severodvinsk poliqonunda baş verənlərlə bağlı yayılan məlumatların yalan ola biləcəyini söyləyib:

“Moskva bundan öncə Severodvinskdə partlayışın baş verməsiylə bağlı məlumat yayıb. Məlumatda partlayışa səbəb yeni perspektivlik silah sistemlərinin aparılan sınağı olub. Ekspertlər yeni növ silah sistemləri dedikdə Burevestnik raketi nəzərdə tutulur. Lakin onlar Moskvanın bu işi sona qədər çatdıracağı və layihəni reallaşdıra biləcəyinə skeptik yanaşırlar. Ekspertlərin iddiasına görə, bütün bu baş verənlər Vladimir Putinin Rusiyaya dünya arenasından böyüklüyünü yenidən qaytarmaq vədiylə bağlı ola bilər. Nüvə silahına sahib olmaq Rusiyada böyük güc olmaq anlayışının formalaşmasında böyük rol oynayır”.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Paşinyan nüfuzdan düşüb - Ermənilər etiraf edir

SONRAKI XƏBƏR

Asimmetrik müharibə: Dövlət və qeyri-dövlət münaqişəsi (I YAZI)