Papa Fransisk Rusiyadakı terror aktını pislədi

Papa Fransisk Rusiyadakı terror aktını pislədi

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Rusiyanın Moskva vilayətindəki “Crocus City Hall” konsert zalında törədilmiş qanlı terror aktını pisləyib.

Publika.az əbər verir ki, pontifik ənənəvi “Angelus” duası zamanı Moskvadakı terror aktını qorxaqcasına hücum adlandırıb, terroru qınadığını bəyan edib.

“Moskvada törədilən terror aktının qurbanları üçün dua edirəm. Rəbb onların ailələrinə səbir versin. Tanrı öldürmə əmrini verən, bu qeyri-insani hərəkətləri təbliğ və təşkil edən, həyata keçirənlərin qəlbini döndərsin”, - deyə Papa Fransisk vurğulayıb.

Mənbə: publika.az