Heç bir ittifaq dövlətinə qoşulmuruq - Tokayev

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev deyib ki, Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində inteqrasiya yalnız iqtisadi yöndə baş tutmalıdır.

Axar.az xəbər verir ki, bunu Qazaxıstan prezidentinin mətbuat katibi Ruslan Jeldibay deyib.

“Moskvada keçirilən II Avrasiya İqtisadi Forumunun tədbiri zamanı prezident hazırda geniş müzakirə olunan bir sıra bəyanatlar verib. Bununla bağlı qeyd etmək istərdim ki, dövlət başçısının əsas mesajı ondan ibarət idi ki, Aİİ çərçivəsində inteqrasiya yalnız iqtisadi yolla getməlidir. Tokayev vurğulayıb ki, bu çərçivədən kənara çıxmaq Aİİ-nin nizamnamə sənədlərinin məqsəd və vəzifələrini pozacaq. Qazaxıstan heç bir ittifaq dövləti yaratmaq və ya onlara qoşulmaq niyyətində deyil və planlaşdırmır”, - Jeldibay bildirib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda 34 yaşlı kişi özünü asdı

SONRAKI XƏBƏR

Rusiya TŞ: "NATO ilə qarşıdurma nüvə silahının tətbiqi ilə nəticələnəcək"