Rusiya TŞ: "NATO ilə qarşıdurma nüvə silahının tətbiqi ilə nəticələnəcək"

"Rusiya ilə NATO ölkələri arasında qarşıdurma nüvə silahının tətbiqi ilə nəticələnəcək".

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

Onun sözlərinə görə, Qərb ehtimal olunan təhlükəni dərk etmir.

D.Medvedev qeyd edib ki, ABŞ və Avropa İttifaqı (Aİ) Ukraynanı təkcə F-16 qırıcıları ilə deyil, həm də nüvə silahı ilə təmin edəcəklər.

Qeyd edək ki, D.Medvedev bundan əvvəl də Rusiyanın öz təhlükəsizliyi naminə bütün silahlardan, o cümlədən lazım gələrsə, nüvə silahından istifadə edə biləcəyini bildirib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Heç bir ittifaq dövlətinə qoşulmuruq - Tokayev

SONRAKI XƏBƏR

Serialdakı açıq roluna görə tənqid edilən aktrisa - "Mənim üçün təcrübədir" - FOTO