Bakı “Putin ittifaqı”na üzvlüyə razı ola bilər, amma...

Bakı “Putin ittifaqı”na üzvlüyə razı ola bilər, <span class="qirmizi">amma...</span>

“Nezavisimaya qazeta”: “Hələlik, Azərbaycanın Aİİ-yə üzvlüyü Bakının çoxvektorlu strategiyasına uyğun gəlmir”

Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrin başçıları Ali Avrasiya İqtisadi Şurasının may;n 25-də Moskvada keçirilən iclasında təşkilat daxilində inteqrasiyanın yeni mexanizmlərini müzakirə ediblər. Ekspertlər sammitdə müşahidəçi ölkə kimi Özbəkistanın, eləcə də tədbirin qonağı qismində Azərbaycan və Tacikistanın rəhbərlərinin iştirakına diqqət edirlər.

Tədbirdə Azərbaycan prezidenti İlham Əliyevlə yanaşı Özbəkistan rəhbəri Şavkat Mirziyoyevin də Moskvada iştirakı gözlənilirdi. Lakin Özbəkistan prezidenti sinqapurlu həmkarı Həlimə Yakubun ölkəsinə səfəri səbəbindən videoformatda qatıldı. 2015-ci ildən Aİİ-yə daxil olmağın mümkünlüyünü nəzərdən keçirən Tacikistanın rəhbəri Emoməli Rəhmon da Moskvaya videobağlant vasitəsilə bağlanmağa üstünlük verdi.

Tacikistan 10 ilə yaxındır ki, Aİİ-yə daxil olmaq məsələsini öyrənir. Ekspertlərin fikrincə, bu gün geosiyasi vəziyyət Aİİ-ni genişlənmək üçün əlverişli deyil, lakin Tacikistan və Rusiyanın Aİİ çərçivəsində tərəfdaşları, eləcə də Rusiyanın özü ilə qarşılıqlı əlaqə və ticarət səviyyəsini nəzərə alınsa, Takikistanın gələcəkdə üzvlüyü məntiqli görünür.

“Nezavisimaya qazeta” diqqəti daha çox Azərbaycan prezidenti İlham Əliyevin sammitə qonaq qismində iştirakına yönəldib, bunun təsadüfi dəvət olmadığını qeyd edib . Qeyd edək ki, Prezident İlham Əliyev tədbirdəki çıxışında deyib ki, ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib.

19843d6b9cdf1bbfd5122198a25a6970.jpg (325 KB)

Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcminin daha 38 faiz artdığını söyləyən dövlət başçısı deyib: “Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Biz əmtəə dövriyyəsinin gələcək artımında böyük potensialın olduğunu görürük”.

Postsovet Araşdırmaları Mərkəzinin əməkdaşı Stanislav Pritçin nəşrə deyib ki, “Azərbaycan Aİİ-nin Rusiya, Belarus və Qazaxıstan kimi ölkələri ilə əsas tərəfdaşdır və əlbəttə ki, Bakının bu təşkilata üzvlüyü olduqca məntiqli görünərdi”. Pritçin xatırladıb ki, Azərbaycanın üzvlüyü Aİİ-nin mövcud olduğu ilk günlərdən müzakirə olunur: “Bakı təşkilata üzv olmaq təkliflərinə belə cavab verir ki, onlar Aİİ-yə üzvlüyə hazırdırlar, ancaq bunun ölkəyə hansı faydalar verəcə biləcəyi önəmlidir. Hələlik, Azərbaycanın Aİİ-yə üzvlüyü Bakının çoxvektorlu strategiyasına uyğun gəlmir. Əliyevin Moskvaya səfəri ərəfəsində Azərbaycanın Aİİ ilə yaxınlaşması məsələlərinin müzakirə olunacağı bir dəfə də olsun vurğulanmayıb. Ona görə də İlham Əliyevin səfərinə yalnız sammit çərçivəsində üçtərəfli formatda (Azərbaycan-Rusiya-Ermənistan. - N.Q.) görüş nöqteyi-nəzərindən baxılmalıdır”, - deyə Pritçin bildirib.

16850258303593340160_367x266-1685026542.jpg (101 KB)

İqtisadçı ekspert Rövşən İbrahimovun “Vestnik Kavkaza” deyib ki, Prezident İlham Əliyevin Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirakı, birincisi, təşkilat daxilində baş verən proseslərlə birbaşa tanış olmaq, ikincisi, dövlət başçıları ilə görüşlər üçün əlavə platforma əldə etmək imkanı verir. “Lakin qeyd etmək lazımdır ki, Azərbaycan inteqrasiya proseslərində hər bir dövlətlə ayrı-ayrılıqda ikitərəfli münasibətləri inkişaf etdirməyə çalışır. Bu, o demək deyil ki, Bakı əməkdaşlıqda maraqlı deyil. Məsələn, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçidir” deyə, R.İbrahimov bildirib.

Mənbə: www.musavat.com